
Bu barədə İran mediası məlumat yayıb.
Partlayışdan sonra yanğın başlayıb, xəsarət alanlar barədə isə məlumat verilmir.
Bürucin şəhərinin fərmandarı qazın verilişinin dayandırıldığını bildirib.
Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.
İran Qaz Şəbəkəsinə Nəzarət Mərkəzinin direktoru Səid Əqili partlayışın təxribat olduğunu deyib.
Partlayışdan bir müddət sonra İran Milli Qaz Şirkəti bildiriş yayaraq müəssisələrə qazın verilişinin dayandırıldığını açıqlayıb.
Bildirişdə sənaye müəssisələrindən alternativ yanacaqdan istifadə etmələri istənilib.
Partlayışın məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.