
İranın Vəramin şəhrində bu gün səhər saatlarında yük maşını ilə qatar toqquşub.
“Aznews tv” xəbər verir ki, ağır qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Cavan” xəbər ajansı məlumat yayaraq bildirib ki, yük qatarı ilə toqquşan “vanet” maşınının sərnişinləri əfqan millətinə mənsub olublar.
“İLNA” xəbər ajansı isə Vəramin Şəhər Böhran İdarəsinə istinadən bildirib ki, toqquşma nəticəsində qatar relsdən çıxıb və hazırda qatarın yoluna davam etməsi üçün işlər davam etdirilir.