Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda Qasım Süleymaninin şəkilləri yandırılır

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü ərəfəsində müxtəlif şəhərlərdə etiraz aksiyası keçirən vətəndaşlar SEPAH-ın təbliğat pankartlarını və Süleymaninin şəkillərini yandırıblar.

Yanvarın 3-ü gecə saatlarında Tehranda etirazçılar molotov kokteyli ataraq Süleymaninin reklam banerlərini yandırıblar.

Ərdəbildə də etiraz edən bir qrup gənc Qasım Süleymaninin şəkilləri olan SEPAH-ın bir neçə pankartını və reklam lövhələrinə od vurublar.

Bu, İranın başqa bir neçə şəhərində, o cümlədən Kirmanşahda da baş verib və etirazçılar Qasım süleymaninin banerləri ilə yanaşı İslam Təbliğat İdarəsi binasına da molotof kokteyli atıblar.

Related Articles

Bir cavab yazın

Back to top button