
“Co Bayden nüvə danışıqları çərçivəsində razılaşmalar üçün İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplaşmalar siyahısından çıxarmaq istəmədiyini bildirib”-deyə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kerbi avqustun 2-də bildirib.
O, İran hökumətinin terroru dəstəklədiyini və bölgədə terror təşkilatlarına yardım etdiyini deyib.
İran nüvə danışıqlarını danışıqları davam etdirmək üçün SEPAH-ın adını Amerikanın terror təşkilatları siyahısından çıxarmaqda israr edir, Amerika prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı bu məsələni qəti şəkildə rədd edib.