İran

İranda Prezident seçkiləri ilə bağlı mediaya xəbərdarlıq edildi

İnsanları boykot etməyə və onların seçkilərdə iştirakını azaltmağa təhrik və təşviq etmək üçün hər hansı məzmunun dərc edilməsi, icazəsiz etiraz aksiyaları, tətillər və oturaq aksiyaların keçirilməsi cinayət hesab edilir.

Bu “İran Mətbuat Nəzarət Şurası”nın prezident seçkisi öncəsi yaydığı bəyanatında bildirilib.

Bəyanatda qaralama kampaniyası və əks təbliğat, həqiqətə uyğun olmayan informasiyalar yayılmaq, ölkədə ixtilafların yaranmasına səbəb ola biləcək milli və irqı zəmində materialların dərc edilməsinə görə ciddi cəza tədbirlərinin nəzərdə tutulduğu deyilib.

Bununla yanaşı prezident seçkiləri ilə bağlı hər hansı rəy sorğusunun keçirilməsi və proqnozların yayılmasının da qadağan olduğu bildirilib.

İnsan haqları təşkilatları İran Mətbuat Nəzarət Şurasının təhdid bəyanatını Tehran rejiminin söz və fikir azadlığına qarşı növbəti hücumu kimi dəyərləndiriblər.

Onların fikrincə hakimiyyət bu vasitə ilə özünün əvvəldən nəzərdə tutulduğu şəxsi prezident təyin etmək, buna qarşı ola biləcək etirazları susdurmaq niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button