İran

İranda parlament seçkiləri keçirilir- On minlərlə polis hazır vəziyyətə gətirilib

Bu gün İranda keçirilən Ekspertlər Şurasına 6-cı çağırış, İran parlamentinin isə XII çağırış seçkiləri keçirilir.

Səhər saatlarında Əli Xamənei səsvermədə iştirak edib və yenidən vətəndaşları seçkilərdə aktiv iştirak etməyə çağırıb.

İran polis komandanlığının sözçüsü Səid Müntəzir əl-Mehdi seçkilərin təhlükəsizliyini təmin etmək üçün 190 min polisin hazır vəziyyətə gətirildiyini deyib.

“Seçkilərin Təhlükəsizliyi Qərargahının rəhbəri Seyid Məcid Mirəhmədi isə 250 mindən çox SEPAH, “Bəsic” və polis üzvünün seçkilərin təhlükəsizliyini təmin etmək üçün cəlb edildiyini söyləyib”.

Qeyd edək ki, bu gün İran parlamentinin 290 mandatı uğrunda 12033 namizəd yarışır.

Ekspertlər Şurasında isə 88 yer üçün 144 molla mübarizə aparır.

Bu seçkilər üçün 90 min seçki məntəqəsi yaradılıb. Onlardan 40 mini sabit, 50 mini isə səyyardır.

SEPAH-a bağlı “Təsnim” xəbər agentliyi seçkilərlə bağlı yaydığı son məlumatda seçicilərin 43 faizinin səsvermədə iştirak edəcəyini deyib.

Qeyri-hökumət və müstəqil qurumlar isə seçkilərdə iştirakın 25-30 faiz arasında olacağını proqnozlaşdırıblar.

Seçkilərin keçirilməsi ilə eyni vaxtda siyasi partiyaların, ictima, siyasi və mədəni fəalların boykot çağırışları davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button