Site icon Aznews TV

İranda müəllimlər kütləvi etiraz aksiyasına çağırdılar

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

“Şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı rəsmilərin, xüsusən də təhlükəsizlik qüvvələrinin mənalı susqunluğu heç bir şəkildə əsaslandırıla bilməz”,- bəyanatda bildirilib.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında ölkədə mövcud olan ağır iqtisadi şərait, İran pulunun dəyərdən düşməsi, işçi və təqaüdçülərin hüquqlarının təmin olunmamasına da toxunulub.

Bəyanat müəllifləri hakim şərayitə etiraz etmək üçün təhsil işçiləri ilə bərabər bütün vətəndaşların qeyd olunan gün nümayişlətə qatılaraq narazılıqlarını bildirmələrini istəyiblər.

Exit mobile version