bu barədə “Bloomberg” agentliyi Rəzəvi-Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən xəbər verib.
“Rəzəvi-Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb”, – deyə o bildirib.
Qeyd olunub ki, ən azı dörd digər şimal vilayətlərdə və ölkənin şərqindəki bir neçə bölgədə də qaz təchizatı dayandırılıb.
Rəsmilərin sözlərinə görə, İranda son on ilin ən sərt şaxtalı havası müşahidə olunub və bu, yanacaq üçün rekord yüksək tələbata səbəb olub.(Ednews)