AzərbaycanDünyaİran

İranda Millətlərin Demokratik Koalisyasının prezident seçkiləri ilə bağlı bəyanatı

İranda Millətlərin Demokratik Koalisyasının prezident seçkiləri ilə bağlı bəyanat yayıblar

İnqilab və ya çevriliş nəticəsində yaranan avtoritar və ideolojik rejimlər, inqilab ortamı keçdikdən sonra daxili və xarici mühitin gerçəkləri və demokratik tələbləri ilə üzləşdikdən sonra özlərini qorumaq üçün iki yoldan birini seçməyə məcbur olurlar; Ya müxalifəti sıxışdırıb boğuculuq edərək yeni inqilabi üsyanla yıxılacaqlar, ya da islahatlara başlayıb inqilabın potensialını cəmiyyətdən alacaqlar. Keçmiş Sovet İttifaqında aparılan siyasi və iqtisadi islahatlar və Pəhləvi rejiminin Ağ İnqilabı kimi tanınan islahatlar, bu gərəkli islahata nümunə idi. İran İslam Respublikası da öz tarixində islahat dövrü kimi tanınan, 90-cı illərdə xarici təzyiq və daxili inqilabi potensialın doğurduğu bir dövrə malikdir. 80-ci illərin repressiyaları, ictimai və siyasi təzyiqləri və edamlarından sonra, bu dövrün islahatçı söyləmi yeni farsdilli orta təbəqəni məhdud şəkildə təmsil edə bilərdi, lakin hökumət yıxılmaq qorxusundan bunu həyata keçirə bilmədi. İslahatlar uğursuzluğa düçar oldu, cəmiyyət məyus oldu və rejim başçıları inqilabın başlanğıcına qayıtmağı düşündülər. Ancaq bu fikir tətbiq ediləcək deyildi və hər təcrübə ilə geri dönüş daha da çətinləşdi. Üsyanlar və küçə etirazları tədricən bütün sosial təbəqələri, qadınları, milli zülmə məruz qalmış millətləri, müəllimləri, təqaüdçüləri və hətta məktəb şagirdlərini əhatə edib. Hökumət mənbələrinin araşdırma nəticələrinə görə, İran xalqının yetmiş faizindən çoxu rejimə qarşıdır. Fundamentalizm, reformizm və seçkilərin xalq üçün heç bir cəlbediciliyi yoxdur.

Belə bir şəraitdə və rejimin avantürist siyasətlərini və bununla bağlı yaranan sanksiyalarla xalqın yoxsulluğunun gündən-günə artdığı bir vaxtda rejim seçkilərə əl atmaqla, qismən islahatlar vəd etməklə legitimliyini bir daha geri qaytarmaq istəyir. Bununla da rejim xalqın mübarizəsinə ümidi olmayan ictimai qüvvələrin kiçik bir hissəsini və ya siyasi ortamın nisbi açılmasını qənimət hesab edən qüvvələri meydana çıxara bilər.

Artıq ritorikasında təsirli bir arqument qalmayan İslam Respublikası rejiminin yeni bir taktika olaraq, milli qarşıdurma yaratmaqla Güney Azərbaycan və İranın digər türk bölgələrindəki türk millətinin bir hissəsinin bu seçkini kimlik məsələsi kimi dəyərləndirməsinə səbəb olub. Onlar alçaldılmış xarakterlərini bir namizədin timsalında təsəvvür edib və onun qələbəsini qürur mənbəyi hesab edirlər, lakin cəmiyyətin əksəriyyəti, hətta türklərin əksəriyyətində belə bir fikir yoxdur. Azərbaycanın və digər müstəmləkə xalqlarının demokratik millətçiləri çox yaxşı bilirlər ki, müstəmləkələrin özündən bir nəfərin seçkidə olması və hətta təyin edilməsi yalnız müstəmləkəçiliyin davam etdirilməsi üçün bir vasitədir. Yoxsa, hüquqi və parlamentar mübarizə üçün minimum lazımi elementlərə malik olmayan bir sistemdə, partiya yaratmaq cinayət, qurulmuş sistemə qarşı təbliğat cinayət, toplantı və nümayişlər təşkil etmək isə ağır cəza ilə nəticələnən bir rejimdə Seçkilər demokratiya aləti deyil, insanları aldatmaq və saxta legitimlik vasitəsidir.

İranda milli zülmə mə’ruz qalmış xalqların milli və demokratik hüquqlarını müdafiə edən təşkilatlar olaraq, İranın hakim rejiminin siyasi quruluşunu və qanunlarını və keçmiş islahatlar təcrübələrini nəzərə alaraq, biz hesab edirik ki, mövcud rejimi islah etmək mümkün deyil və Nə qədər ki, Nəzarət Şurası, Məsləhət Şurası kimi bir qurum var və hər bir namizəd, hər bir təsdiq olunmuş qanun bu qurumun süzgəcindən keçməlidir, seçkilər islahatlar üçün alət deyil. Seçkilər sadəcə batmaqda olan rejimin möhlət alması üçün bir vasitədir. Ona görə də biz istənilən seçkidə, o cümlədən 14-cü prezident seçkisində iştirak etməyi faydasız və rejim meydanında oynamaq hesab edirik. Sözsüz ki, xalqın repressiya sisteminə qoşulmamaı səmərə verəcək, ona görə ki, səsvermə xalqın son silahıdır və onu xalq suverenliyi düşmənlərinə verməyə bilər.

Eyni zamanda, seçkilərdə iştirak etmək qərarına gələn Azərbaycandan və başqa millətlərdən olan bəzi fəalların yanaşmasına hörmətlə yanaşır və yüksək məqsədlərimizə çatmaq üçün xalqın bütün üzvləri arasında birliyin bərqərar olacağına inanırıq. Sonda, rejimin seçkilərində iştirak etməklə hələ də etki buraxmaq ümidində olan qeyri-fars millətlərin ictimai siyasi qüvvələrindən xahiş edirik ki, heç olmasa bu eyləmdə xalqın tələblərini endirgəməkdən çəkinsinlər. Milli tələblərin endirgəməsi qısır bir dairə yaradır ki, bunun nəticəsi əsas tələblər üçün açılışın yaradılması deyil, hərəkatın kimliyini itirməsi və ölümüdür.
İranda Demokratik Millətlər Alyansı

Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənçi hərəkatı – AZOH
Əhvaz Ərəb Qurtulş Hərəkatı
Bəluçistan Raci Tepaki Gəl
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Qaşqay Azadlıq Yolu Partiyası – Qayı

24/06/2024

Related Articles

Bir cavab yazın

Back to top button