“Aznews tv” xəbər verir ki, Həmid Suri dünən “İSNA” xəbər ajansına açıqlamasında bildirib ki, Novruz bayramı ilə bağlı nəzarət və Koronavirusla Mübarizə Qərargahı tərəfindən qoyulan qaydalar yerinə yetirilməsə, aprelin sonu və mayın əvvəllərində yeddinci dalğanın baş verməsi ehtimalı yüksək olacaq.
Suri daha sonra məlum virusdan ölənlərin statistikasının olduqca yavaş azalmasını narahatedici adlandıraraq, əlavə edib: “Bu onu göstərir ki, biz virusa yoluxma və müalicə səviyyəsində epidemiya ilə mübarizə üçün təsirli və təcili müdaxilə etmirik və görülən tədbirlər o qədər də nəticə verməyib”.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin dünənki statistikasında bir gündə koronavirusdan 139 nəfərin öldüyü və 4000-ə yaxın yeni xəstənin aşkarlandığı bildirilib.