İranda ötən 24 saat ərzində 6 968 nəfər koronavirusa tutulub.
Bunu İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bununla da İranda bu virusa tutulanların sayı 581 824 nəfərə çatıb. Virus daşıyıcılarından 4 995 nəfərin durumu ağırdır.
Vəzirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 346 nəfər koronavirusdan vəfat edib. Beləliklə, bu virusdan ölənlərin sayı 33 299 nəfərə yüksəlib.
Məlumata görə, ölkədə indiyədək 463 611 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusa yoluxanların sayı artır

Patients with coronavirus disease (COVID-19) lie in beds at the ICU of Sasan Hospital, in Tehran, Iran March 30, 2020. WANA (West Asia News Agency)/Ali Khara via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY - RC2GUF9M2YGL