İranda son 24 saat ərzində yeni növ koronavirusdan 194 nəfər vəfat edib.
Bu barədə İran Sağlamlıq Vəzirliyi məlumat verib. Xatırladaq ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 12 min 829 nəfərdir. Son 24 saat ərzində koronavirusa 2 min 186 tutulma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a tutulanların ümumi sayı isə 257 min 303 nəfərə çatıb. Qeyd edək ki, xəstəlikdən 219 min 993 nəfər sağalıb.Hazırda virus daşıyıcısı olan mərizlərdən 3 min 359 nəfərin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.
İranda koronavirus qurbanlarının sayı artır
![](https://www.aznews.tv/wp-content/uploads/2020/06/2020-04-30T070146Z_99188428_RC2VEG9TWN4I_RTRMADP_3_HEALTH-CORONAVIRUS-THAILAND-NURSE-pic4_zoom-1500x1500-42926-1024x576.jpg)