İran

İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb

İranda keçirilən prezident seçkiləri zamanı ən azı 20 təxribat və çoxsaylı kiberhücumların qarşısı alınıb.

“ANT”ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

Onun sözlərinə görə, seçkilərin birinci turu zamanı çoxsaylı kiberhücumlar da dəf edilib:

“Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmağa çox cəhdlər ediblər, 20-yə yaxın təxribat aktı qeydə alınıb. Onlardan 9-u rabitənin kəsilməsinə səbəb olub. Bütün problemlər ən qısa müddətdə dərhal aradan qaldırılıb”.

Related Articles

Bir cavab yazın

Back to top button