İran

İranda kənd təsərrüfatı məhsullarının ixracı 15% azalıb

"Aznews tv"ın xəbərinə görə, İranın Ticarət İnkişafı Təşkilatının statistik rəqəmləri göstərir ki, İrandan digər ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları 1400-cü ilin (2021) ilk 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalıb.

Ötən günlərdə İranın bir neçə ölkəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılmasından sonra gömrük statistikası göstərir ki, ölkənin əkinçilik məhsullarının ixracı əhəmiyyətli dərəcədə aşağı düşüb.

“Aznews tv”ın xəbərinə görə, İranın Ticarət İnkişafı Təşkilatının statistik rəqəmləri göstərir ki, İrandan digər ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları 1400-cü ilin (2021) ilk 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalıb.

Qeyd edək ki, son günlərdə İrandan bir sıra ölkələrə, o cümlədən Rusiya, Hindistan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistana göndərilən kənd təsərrüfatı məhsullarının standartlara uyğun olmaması və məhsullarda zəhərli maddələrin aşkarlanması səbəbindən İrana geri qaytarılması ilə bağlı xəbərlər yayılıb.

Ötən gün “İSNA” ajansı məlumat yayaraq bildirib ki, 1400-cü ilin ilk 8 ayı ərzində ölkəyə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində istifadə edilən 170 milyon dollar dəyərində zəhərli gübrələr gətirilib.

Related Articles

Bir cavab yazın

Back to top button