
Bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib.
“Medianın məlumatında iranlılar Rusiyaya ballistik raketlər göndərəcəklərini açıq şəkildə bildirirlər və bizim onların bunu etməyəcəklərinə inanmaq üçün heç bir əsasımız yoxdur”,- Kirbi Roytersin məlumatına istinadən bildirib.
O, ABŞ-in bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxaracağını, İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini, Avropa və digər yerlərdəki müttəfiqləri ilə əlavə cavab variantlarını koordinasiya edəcəyini vurğulayıb.
Qeyd edək ki, Roytersin yaydığı məlumata görə, bu ilin əvvəlindən İran Rusiyaya 400 balistik raket göndərib.