İran

İranda işsizlik həddi yüksəlib

İranın Amar Mərkəzindən verilən məlumata görə, ölkədə 1399-cu ildə bir milyon insan işini itirib. Belə ki, 1398-ci ildə yaşı 15-dən yuxarı olan 24 milyon 273 min nəfər işləyib. 1399-cu ildə isə bu göstərici 23 milyon 263 min nəfərə enib. Hazırda əhalinin işsizlərinin 4-də 1-i daha əvvəl əkinçilik və xidmət alanlarında çalışmış şəxslərdir. İşini itirmiş şəxslərdən 348 min nəfəri kişi, 663 min nəfəri isə xanımdır. Amar Mərkəzinin göstəricilərinə görə, ötən il işsizlik həddi yüzdə 9.8 olub. Məclisin Araşdırma Mərkəzinin məlumatına görə isə həmin dövrdə həqiqi işsizlik sayısı yüzdə 24-ə bərabər idi.

Related Articles

Bir cavab yazın

Back to top button