
Bu barədə “Etimad” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, İranın fəal işçi qüvvəsinin sayının artmasına baxmayaraq, yeni iş yerləri açılmayıb.
“Etimad” ölkədə iqtisadi iştirak nisbətini qəbuledilməz hesab edib, son illərdə bunun 50% civarında olduğunu və yay fəslində 41,5%-ə qədər azaldığını yazıb.
İqtisadi iştirak nisbəti barədə İranın qonşu ölkələrdən geri qaldığını yazan qəzet, 2020-ci ildə iqtisadi iştirak nisbətinin Qətərdə 86%, Azərbaycan respublikasında 63%, Türkiyədə isə 50% olduğunu qeyd edib.