
Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
Saxlanılanların ölkənin 6 əyalətində SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən saxlanıldığı iddia edilib.
Onların İsrail ilə əməkdaşlıq edən və ölkənin təhlükəsizliyinə qarşı əməliyyatlar planlaşdırdıqları deyilib.
İran hökumətinə müxalif media qurumları SEPAH-ın casus şəbəkəsinin ifşası ilə bağlı iddialarını əsassız sayıb.
Onların fikrincə İran bu vasitə ilə İsrailə qarşı vəd etdiyi cavab zərbəsini yerinə yetirdiklərini təlqin etməyə cəhd göstərirlər