İran

İranda işçilərin intihar halları artıb

Bu barədə İranın "Etimad" qəzeti məlumat yayıb.

İranda 1 ildən az müddət ərzində yoxsulluq, əmək haqqının ödənilməməsi, ixtisar və iş yerindən qovulma səbəbilə ən azı 23 işçi intihar edib.

İranın “Etemad” qəzetinin verdiyi xəbərə görə,  2022-ci ilin 283 gün ərzində 23 işçi özünü öldürüb.

İntiharların təqviminə görə orta hesabla hər 12 gündə bir fəhlə intiharanəl atıb və həyatına qəsd edərək dünyasını dəyişənlərin hamısı kişi olub.

Qeyd edək ki, son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb.

Related Articles

Bir cavab yazın

Back to top button