Qəzvin Vilayətinin İşçi Evi”nin dəbiri Eydəli Kərimi təvərrümün aradan qaldırılması üçün tədbirlər planının olmamasının işçilər və əməklilərin güzəranının ağır duruma düşməsinə yol açdığını deyib.
O, İranda təkcə gündəlik əsas malların deyil, bir çox ərzaq məhsullarının qiymətinin kəskin bahalaşdığını deyib.
Kəriminin sözlərinə görə, indi ölkədə gəlirləri aşağı olan işçilər və baznişəstələr təvərrüm həddinin aşağı düşməsi ilə yanaşı, ərzaq məhsulları və əmlak bazarında da qiymətlərin sabitləşməsinə ümid bəsləyiblər.
Ancaq amar rəqəmləri qiymətlərin getdikcə artdığını göstərir, bu isə muzdla işləyən işçilərə daha çox təsir göstərir.
“Heç şübhəsiz ki, qiymətlərin artmasına baxmayaraq, xalqın böyük kəsminin aylıq maaşlarının sabit qalması və ya cüzi artması işçilə ailələrinin ala bildiyi ərzaq məhsullarının daha da azalmasına səbəb olub. Öncələr onlar balıq, ət, meyvə və başqa bu kimi yeyinti məhsulları ala bilirdisə, indi bunu da almağa imkanlıarı yoxdur və proses daha da acınacaqlı duruma doğru gedir”, – deyə Kərimi fikrini tamamlayıb.