Site icon Aznews TV

İranda iş qəzalarında ölənlərin statistikası açıqlandı

İran işçilərin təhlükəsizliyi məsələlərinə uyğunluq baxımından dünya ölkələri arasında ən aşağı yerlərdən birini, 102-ci yeri tutur.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Əmək Nazirliyi və Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini bildiriblər.

Qyed olunub ki, ölüm və yaralanma halları verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çoxdur.

Fəallar bildirir ki, ölüm hallarının çoxalmasının əsas səbəbi iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl olunmaması, işçilərin qoruyucu geyim və avadanlıqlarla təmin edilməməsidir.

Exit mobile version