Site icon Aznews TV

İranda iki qadın uzun müddətlik həbsə məhkum edildi

Yerli məhkəmə İran və Britaniya vətəndaşı Anuşe Aşurini 12 il həbs cəzasına məhkum edib.

Aznews.tv xəbər verir ki, A.Aşuriyə məhkumluğun 10 ili İsrail kəşfiyyatı “Mossad”-la əməkdaşlığa 2 ili isə qanunsuz müəllimlik etməsinə görə verilib.

Bu haqda ölkənin məhkəmə orqanının nümayəndəsi Qolamhüseyn Esmaili bildirib.

Bundan əlavə İran və Britaniya vətəndaşlığına sahib digər qadın Aras Amiri 10 həbs cəzasına məhkum edilib.

Məlumatda bildirilir ki, A.Amiri fərqli adlar altında bir neçə dəfə İrana gəlib və burada mədəniyyət layuhələri ilə məşğul olub.

Aznews.tv

Exit mobile version