İran

İranda hökumət məmurları iki etnik bəluçu öldürüb

Hadisə Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində baş verib.

Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 8-də Xaş şəhərinin Qala Heydərabad bölgəsində hökumət məmurlarının minik avtomobilini atəşə tutması nəticəsində iki etnik bəluç yerindəcə həyatını itirib.

İranın rəsmi mediası öldürülənlərin başqa avtomobildə olan sərnişinlərlə silahlı münaqişəsi zamanı polisin müdaxilə etməsi nəticəsində öldürüldüklərini yazıb.

Bəluç fəallar isə, polis qüvvələri tərəfindən güllələnənlərin polisin dayan əmrinə tabe olmadığı səbəbindən atəşə tutulduqlarını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button