CəmiyyətİranMədəniyyət və incəsənət

İranda hicabsız şəkil çəkdirən qadınları 10 il həbs gözləyir

İranda sosial şəbəkələrdə hicabsız şəkillərini yerləşdirən qadınlara qarşı cəza olduqca sərtləşdirilib.

Aznews.tv xəbər verir ki, bundan sonra bu qaydanı pozan qadınlar 10 il həbs cəzasına məhkum ola bilərlər.

Tehran inqilab məhkəməsinin rəhbəri Musa Qəzənfərabadi vurğulayıb ki, qadağa həmçinin bu cür şəkillərin, hicab bağlamağa qarşı “Ağ çərşənbələr” adlı internet-kampaniyaya start verən, amerikalı fəal Məsih Əlinejada göndərilməsinə də aiddir.

Əlinejad və onun tərəfdarları iranlı qadınları, “mənəvi azadlıq” təcəssümü kimi, hicabsız selfi çəkdirməyə çağırır.

Qeyd etmək lazımdır ki, İranda qadınlar məcburi olaraq hicab taxmalıdır və bu ölkənin qanunvericiliyində əks olunub.

Öncə bu qaydanın pozulmasına görə 25 dollarlıq cərimə və ya iki ay müddətində həbs cəzası tətbiq olunurdu.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button