İran

İranda “hicab” qanun layihəsi təsdiq edildi

İranın keçmiş prezidenti İbrahim Rəisinin hökuməti dövründə təklif edilən “İffət və hicab mədəniyyətinə dəstək” adlı qanun layihəsi İranın Konstitusiyaya Nəzarət Şurası (Keşikçilər Şurası) tərəfindən təsdiq edilib.

Bu barədə İran parlamentinin Mədəniyyət Komissiyasının sözçüsü Əhməd Rastinə məlumat yayıb.

“Bu qanunun həyata keçirilməsində lazımi imkanları işə salmaq hər kəsin borcudur”,- o “İsna” xəbər agentliyinə müsahibəsində deyib.

Həmin qanun məcburi hicab qaydalarını pozan qız və qadınlara qarşı pul cəriməsi və başqa cəza növlərinin tətbiqini asanlaşdırır.

Qeyd edək ki, Prezident Məsud Pezeşkian seçilmədən əvvəl təbliğat və təşviqat kampaniyası dövründə mcburi hicab qaydalarının ymuşaldılmasına dair söz verib.

Onun Prezidentliyi dpvründə “İffət və hicab qanunu”nun təsdiqi, mühafizəkar siyasi cərəyanın Pezeşkiana qarşı növbəti saymamazlığı kimi qityimətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button