Site icon Aznews TV

İranda “hicab” qanun layihəsi təsdiq edildi

Bu barədə İran parlamentinin Mədəniyyət Komissiyasının sözçüsü Əhməd Rastinə məlumat yayıb.

“Bu qanunun həyata keçirilməsində lazımi imkanları işə salmaq hər kəsin borcudur”,- o “İsna” xəbər agentliyinə müsahibəsində deyib.

Həmin qanun məcburi hicab qaydalarını pozan qız və qadınlara qarşı pul cəriməsi və başqa cəza növlərinin tətbiqini asanlaşdırır.

Qeyd edək ki, Prezident Məsud Pezeşkian seçilmədən əvvəl təbliğat və təşviqat kampaniyası dövründə mcburi hicab qaydalarının ymuşaldılmasına dair söz verib.

Onun Prezidentliyi dpvründə “İffət və hicab qanunu”nun təsdiqi, mühafizəkar siyasi cərəyanın Pezeşkiana qarşı növbəti saymamazlığı kimi qityimətləndirilir.

Exit mobile version