
İran mediası cümə axşamı, noyabrın 2-də yazıb ki, Xuzistan əyalətinin müxtəlif şəhərlərində insanlar hələ də sağlam və təmiz havadan məhrumdurlar.
Ölkə hava keyfiyyəti monitorinqi sisteminin elanına əsasən, İsna xəbər agentliyi Xuzistanın yeddi şəhərində cümə axşamı günü havanın “sağlam olmayan” və “qırmızı” olduğunu yazıb.
Tehranın havasının çirklənməsi də davam edir və bu arada mediada bu çirklənmənin yaranmasında köhnəlmiş avtomobillərin rolundan bəhs edilir.
Ötən günlərdə İrna xəbər agentliyi bildirib ki, statistika ölkədə 26 milyon avtomobil olduğunu göstərir ki, onlardan təxminən 7 milyonu köhnəlmə yaşına çatıb. Ayrıca 12,5 milyon motosikl qeydə alınıb, onlardan 10 milyona yaxını köhnədir artıq.