İran

İranda həbsdə olan jurnalistlərin son sayı açıqlandı

2022-ci ildə İranda meydana gələn ümumxalq etirazları zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatında bildirilir.

Məlumata görə, İran media azadlığına görə 180 ölkə arasında 177-ci yerdədir.

Hesabata əsasən, media azadlığının vəziyyəti yalnız üç ölkədə: Vyetnam, Çin və Şimali Koreyada İrandan daha pisdir.

Sərhədsiz Reportyorlar İranda media azadlığının vəziyyətinin narahatedici olduğunu bildirərək, İran rejimini dünyanın ən repressiv hökumətlərindən biri adlandırıb.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da çox sayda jurnalist həbsdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button