Dünyaİran

İranda həbsdə olan Fransa vətəndaşı Lui Arno azadlığa buraxılıb

Fransa prezidenti Emmanuel Makron İranda həbsdə olan Fransa vətəndaşı Lui Arnonun azadlığa buraxıldığını açıqlayıb.

O, “X” sosial şəbəkə hesabında yazıb: “Lui Arno azadlığa buraxıldı. İranda uzunsürən həbsdən sonra sabah Fransada olacaq”.

Fransa vətəndaşı olan Lui Arno İranda 2021-ci ilin payızında Məhsa Əmini inqilabi qiyamının ümummilli etirazları zamanı həbs edilib. 2023-cü ilin noyabrında bir neçə məhkəmə iclası keçirdikdən sonra o, İslam Respublikasının “sisteminə qarşı təbliğat və milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button