Site icon Aznews TV

İranda həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

Bununla bağlı Əhmədrza Calalinin Azadlıq Kampaniyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, İran hökuməti onu 3133 gündür girov saxlayır və hər an həyatına son qoya bilər.

Kampaniya beynəlxalq təşkilatları, insan haqları fəallarını və İsveç dövlətini Əhmədrza Calalinin həyatını xilas etmək üçün İrana təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz Universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi güneyli alimi “İsrailə casusluq” bəhanəsilə saxta ittihamla edam cəzası verib.

Exit mobile version