İran

İranda geniş etiraz dalğası ilə eyni vaxtda Polis Qüvvələrinin Kəşfiyyat Təşkilatı qurulur

"Polis" xəbər ajansının məlumatına görə, dekabrın 8-də keçirilən mərasimdə çıxış edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri sözügedən planı polis qüvvələrinə elan edib.

İranda yeni plana əsasən, Polis Qüvvələrinin adı İran İslam Cümhuriyyəti Baş Polis Komandanlığı olaraq dəyişdirilib.

İranın dini rəhbəri Əli Xameneinin razılığı ilə İslam Cümhuriyyətinin Polis Komandanlığının struktur və təşkilatının hərtərəfli planının təqdim edilməsi ilə yeni bir kəşfiyyat  və əmniyət təşkilatı qurulmaqdadır.

“Polis” xəbər ajansının məlumatına görə, dekabrın 8-də keçirilən mərasimdə çıxış edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri sözügedən planı polis qüvvələrinə elan edib.

Xatırladaq ki, bu plan İran polis qüvvələrinin ölkədə baş verən kütləvi etirazları qanlı şəkildə yatırması səbəbi ilə Amerikanın sanksiyaları siyahısında olduğu bir vaxta təsadüf edir.

Qeyd edək ki, Amerika Maliyyə Nazirliyinin Xarici Əmlaka Nəzarət İdarəsi dekabrın 7-də İranın polis rəisləri də daxil olmaqla 8 rəsmi şəxsi və 4 orqanı sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button