İran

İranda etiraz aksiyalarında itkin düşən qızın məmurlar tərəfindən öldürüldüyü məlum olub

İranda etiraz aksiyalarında itkin düşən qızın məmurlar tərəfindən öldürüldüyü məlum olub. Hökumət onun meyitinin ailəsinə təhvil verilməsindən imtina edir.

Sentyabrın 20-i gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxan 17 yaşlı Nika Şakərəminin hökumət məmurları tərəfindən öldürüldüyü bəlli olub.

Gənc qızın ailəsi sentyabrın 30-da Tehranın Kəhrizək zindanında onun meyitini gördüklərini, ancaq hökumətin övladlarının meyitini onlara təhvil verməkdən boyun qaçırdığını deyirlər.

Nikanın xalası və rəfiqəsi onun son telefon danışığında xüsusi təyinatlı qüvvələrin hücum etdiyi, özünün isə onların əlindən qurtarmaq üçün qaçmağa çalışdığını dediyini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button