Bildirilib ki, 2023-cü ildə İran hökuməti 22 qadın məhkumu edam edib və buna görə ölkə dünyada birinci yerdədir. 2010-2023-cü illər arasında isə İran həbsxanalarında ümumilikdə 210 qadının dar ağacından asıldığı qeyd edilib.
İnsan haqları müdafiəçiləri 2023-cü ildə İran həbsxanalarında 834 məhbusun edam edildiyini, bunun 709-nun, yəni 85%-nin hökumət tərəfindən rəsmi olaraq elan edilmədiyini bildiriblər.
Qeyd edək ki, bir gün əvvəl BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda edamların sayının 2022-ci illə müqayisədə 43% artdığını deyib.