Site icon Aznews TV

İranda daha iki etnik bəluc öldürüldü

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı Məhəmməd Tutazehi və 46 yaşlı Rəhmətullah Tutazehi qardaşları şəxsi avtomobillərində güllələniblər.

İran polisi öldürülənlərin narkotik maddə alverçisi olduğunu iddia etsə də, öldürülənlərin yaxınları bunu təkzib ediblər.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

Exit mobile version