Tehranda ailə-məişət zəminində ailə başçısı həyat yoldaşı və yeniyetmə oğlunu yandıraraq qətlə yetirib.
Bununla yanaşı, Məşhəd şəhərində də 17 yaşlı oğlan özündən böyük bacısını boğaraq öldürüb.
Səbzvar şəhərində isə Arzu Şirxani adlı gənc qadın qətlə yetirilib.
İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172 qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.
Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür. Buna görə də qatillərin sayı azalmır.