Bölgəİran

İranda daha 16 etnik bəluç öldürülüb

Bu barədə Zahidan şəhərinin sünni cümə imamı məlumat verib.

İranın Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid hökuməti etnik sünni bəluçlara qarşı amansız davranışlarına görə sərt tənqid edib.

Onun sözlərinə görə, noyabrın 4-ü günortadan sonra baş verən etiraz aksiyalarında əyalətin Xaş şəhərində 16 nəfər hökumət məmurları tərəfindən güllələnərək qətlə yetirilib.

Moləvi Əbdülhəmid əhalinin Xaş şəhərinin fərmandarlığı qarşısına toplaşaraq etiraz şüarları səsləndirdikləri zaman onlara odlu silahlardan bir başa atəş açıldığını deyib.

“Şüar vermək və daş atmağın cavabı güllələnməkdir? Çox qəribədir ki, Sistan-Bəluçistanda etirazçılara qarşı ölkənin başqa bölgələri ilə müqayisədə daha fərqlı reaksiya göstərilir, vətəndaşlar qətliam edilir”,-deyə, Zahidanın cümə imamı bildirib.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button