Site icon Aznews TV

İranda dərman istehsalı sənayesi dayanmaq üzrədir

“Birjadakı məlumata istinadən, dərman istehsalı sənayesində istehlak əmsalı investisiya əmsalını üstələyib. Üstəgəl bu sahədə infrastrukturlar köhnəlməkdədir”, – bunu İranın İnsan Dərmanları Sənayesi Sindikatının idarə heyətinin sədri Məhəmməd Əbdzadə açıqlayıb.

Onun bildirməsinə görə, həmin sənaye üzrə yeni texnikanın alışı mümkün olmadığından ikinci əl texnikalar onları əvəz edir. Bu isə məhsulun keyfiyyətinə və xalqın sağlamlığına təsir edir:

“Ölkənin İnkişafı üzrə Yeddinci Proqram Layihəsində belə dərman istehsalı sənayelərinin inkişaf etdirilməsinə heç bir plan nəzərdə tutulmayıb.”

“Daxili cəmiyyətlərin anbarlarında mövcud dərman istehsalı üçün xammal 3-6 ayadək yetəcək. Bu məsələ nigaranlıq doğurur”, – deyə sindikatın idarə heyətinin digər üzvü Əli Mehramizi xəbərdarlıq edib.

#İran

Exit mobile version