İran

İranda dərman istehsalı sənayesi dayanmaq üzrədir

İranlı məlumatlı şəxs İranda dərman istehsalı sənayesinin vəziyyətini ağır qiymətləndirib və bu sənayenin qapanmaq üzrə olduğunu bildirib.

“Birjadakı məlumata istinadən, dərman istehsalı sənayesində istehlak əmsalı investisiya əmsalını üstələyib. Üstəgəl bu sahədə infrastrukturlar köhnəlməkdədir”, – bunu İranın İnsan Dərmanları Sənayesi Sindikatının idarə heyətinin sədri Məhəmməd Əbdzadə açıqlayıb.

Onun bildirməsinə görə, həmin sənaye üzrə yeni texnikanın alışı mümkün olmadığından ikinci əl texnikalar onları əvəz edir. Bu isə məhsulun keyfiyyətinə və xalqın sağlamlığına təsir edir:

“Ölkənin İnkişafı üzrə Yeddinci Proqram Layihəsində belə dərman istehsalı sənayelərinin inkişaf etdirilməsinə heç bir plan nəzərdə tutulmayıb.”

“Daxili cəmiyyətlərin anbarlarında mövcud dərman istehsalı üçün xammal 3-6 ayadək yetəcək. Bu məsələ nigaranlıq doğurur”, – deyə sindikatın idarə heyətinin digər üzvü Əli Mehramizi xəbərdarlıq edib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button