Site icon Aznews TV

İranda çox sayda fəal həbs edildi

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Qərbi Azərbaycan əyalətində həbs edilən 137 nəfərin 85-nin sosial media fəalı olduğu bildirilib.

Qərbi Azərbaycan əyalətinin polis rəisi Rəhim Cahanbəxş məlumatı təsdiq edib və saxlanılanları “iğtişaşçı” adlandırıb.

Şərqi Azərbaycan əyalətinin Polis rəisi Əli Məhəmmədi isə Təbrizdə terror törətməyə cəhd göstərən bir nəfərin həbs edildiyini iddia edib.

Bununla yanaşı, Kohgiluye və BoyerƏhməd əyalətində 15 ictimai fəal saxlanılıb.

Tehran, Gilan, Əlborz, Kirmanşah, Kürdüstan, Mazəndəran, Gülüstan, İsfahan, Ərdəbil, Xuzistan, Sistan və Bəlucistan əyalətində də, həbslər həyata keçirilib.

Sentyabrın 16-da həbs edilənlərin ümumi sayının 300 nəfərə yaxın olduğu bildirilir.

Exit mobile version