İranda özəlliklə son vaxtlarda bir çox ailələlər var ki, küçələrdə qalıb və hətta bir otaq kirayə götürməyə maddi imkanları yoxdur.
“Aznews tv” xəbər verir ki, İslam Cümhuriyyətinin təqdim etdiyi statistik məlumatlara görə, kirayəçilərin sayı ölkə səviyyəsində ev sahibi olan insanların 31,7%-ni, Tehran şəhəri səviyyəsində isə 43,5%-i təşkil edir.
İran rəhbərliyi evsiz ailə dalğasının artmasının qarşısını almaq üçün heç bir addım atmayıb. Övladları işsiz ya da az gəlirli ailədə doğulan bir cəmiyyətin isə bəlli deyil ki, bu yoxsulluq, işsizlik və fəlakətlər qarşısında onların gələcəyi necə olacaq.
Ölkədə baş alıb gedən yoxsulluq, kəskin inflyasiya, bahalıq və heç bir dərdə dərman olmayan maaşlar belə ailələrin həyatda qala bilmələri üçün məcburiyyətdən Evsiz İnsanların Sığınacaq Mərkəzinə pənah aparması ilə nəticələnir.
Qeyd edək ki, günü-gündən artmaqda davam edən kəskin inflyasiya ucbatından İranda, xüsusən Tehran kimi böyük və əhalinin sıx məskunlaşdığı şəhərlərdə kirayə evlərin qiymətləri 50%-dən 100%-ə qədər bahalaşıb.