
Bu barədə yerli media məlumat yayıb.
“Fevralın 20-dən martın 11-dək çərşənbə şənliklərinin qeyd edilməsi ilə bağlı baş verən hadisələr nəticəsində 338 nəfər yaralanıb, onlardan səkkiz nəfəri ölüb”, – məlumatda deyilir.
Qeyd olunur ki, 28 nəfər əzalarını itirib, 159 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 113 nəfər isə gözündən yanıq xəsarəti alıb.
Hazırda 11 nəfər xəstəxananın reanimasiya şöbəsindədir.