İran

İranda bəluclarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir

İranın cənub-şərqində - Sistan və Bəlucistan əyalətində SEPAH üzvləri ilə Bəluc yarımhərbi qruplaşmasının “Ceyş əl-Ədl” silahlıları arasında təxminən 10 saatdır qarşıdurmalar davam edir.

Bildirilir ki, qarşıdurma yerinə hərbi helikopterlər göndərilib. İRNA-nın məlumatına görə, ölən “Ceyş əl-Ədl” yaraqlılarının sayı 15-ə çatıb.Təhlükəsizlik qüvvələri arasında 5 nəfər ölüb (onlardan biri Çabahar şəhəri polis rəisinin müavinidir), 10-a yaxını yaralanıb. Öz növbəsində, rəsmi Bəluc Telegram kanalı yazır ki, 200-dən çox SEPAH əsgəri həlak olub.

Eyni zamanda İranın dövlət xəbər agentlikləri döyüşlərin başa çatması barədə məlumat yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button