Azərbaycanİran

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, noyabrın 4-də həbs edilən Həmid Qarahəsənli yarım hərbi Bəsic üzvünün öldürülməsi ittihamına görə edama məhkum edilib.

Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarım hərbi Bəsic üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.

Axar.az xəbər verir ki, onun həyat yoldaşı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Bundan əvvəl azərbaycanlı cütlük işgəncə edilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.

İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-ı günortadan sonra mediaya verdiyi açıqlamada Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.

Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdiklərinə görə saxlanılmış, sonradan onlara qarşı aır ittihamlar irəli sürülmüşdür.

Related Articles

Bir cavab yazın

Back to top button