Azərbaycan

İranda analar günündə qadınların voleybol yarışını izləməsinə icazə verilməyib

Zəngan əyalətində voleybol yarışını izləməyə gələn xanım onlara icazə verilmədiyini deyib.

Zəngan əyalətində voleybol yarışını izləməyə gələn xanım onlara icazə verilmədiyini deyib.

“Aznews tv”ın xəbərinə görə, o, bu barədə yazıb: “Analar günündə və xanımlara aid olan bir gündə qadınlara məhdudiyyətlərin qoyulması hər bir halda qəbuledilməzdir”.

Sosial şəbəkə istifadəçiləri və “Telegram” kanallarının məlumatlarına əsasən, Əbhər şəhərində keçirilən ölkənin birinci divizion (دسته یک) voleybol liqasının yarışları yanvarın 23-də yarışlarla yanaşı qadınların da stadiona girişi qadağan edilib.

Yarışlara gələn xanımların böyük əksəriyyəti voleybolçuların yaxınları və ailə üzvləri olub.

Tamaşaçı kimi gələn digər bir xanım bu haqda yazıb: “Biz bütün şəhər rəsmilərindən mərkəzin Güney Azərbaycan bölgəsi ilə bağlı qərarlarını dayandırmasını gözləyirik. Ona görə ki, biz türklərin mədəniyyətində xanımlar xüsusi yerə sahibdir və biz istər kişilər, istərsə də qadınlara qarşı hər cür məhdudiyyətlərə qarşıyıq”.

Qeyd edək ki, İran hökumətinin qərarına görə, qadınların idman salonlarında yarışları izləməsi qadağandır. Bütün bu qadağalarla insan haqlarını özəlliklə qadın haqlarını pozan Tehran hakimiyyəti ölkədə beyin axınına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button