
Bu barədə yerli sosial media fəalları video və məlumatlar paylaşıblar.
Tehran, Məşhəd, Kərəc, Saqqız, Kirmanşah, Sənəndəc, Rəşt, Şəhri Kord və başqa şəhərlərdə hökumət əleyhinə şüarlar səsləndirilib.
Kirmanşah şəhərində etirazçılara odlu silahlardan atəş açılıb, Saqqız şəhərində bir nəfər güllələnib, Kərəcdə isə nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edilib.
Aksiyaların keçirilməsi ilə eyni vaxtda müxtəlif şəhərlərdə onlarla fəal həbs edilib, internetə giriş dahada çətinləşib, sosial media filter olub.