
İranda son 24 saatda 8 308 nəfər koronavirusa yoluxub. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Məlumata görə, İranda bu virusa yoluxanların ümumi sayı 1 723 470 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 818 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir. Vəzirlik rəsmisi deyib ki, ötən bir gündə təhlükəli virusdan daha 88 nəfər həyatını itirib. Beləliklə, mərizlik qurbanlarının sayı 61 016 nəfərə çatıb. İranda indiyədək 1 471 179 nəfər koronavirusdan sağalıb, 11,5 milyondan çox test həyata keçirilib.