İran

İranda 5-i türkiyəli olmaqla 14 xarici ölkə vətəndaşı həbs edilib

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) yaydığı bəyanatda 9 xarici ölkə vətəndaşının həbs edildiyini bildirib

ETTELAAT iddia edib ki, onlar ölkədə baş verən kütləvi etiraz aksiyalarında iştirak ediblər.

Saxlanılan 9 nəfər Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarıdır.

Bununla yanaşı bir neçə gün öncə SEPAH-a yaxın media Mazəndəran əyalətinin Babol şəhərində 5 Türkiyə vətəndaşının həbs edildiyini yazıb.

Məlumatda Türkiyə vətəndaşlarının İranda iğtişaş yaratmaq üçün Mazəndəran əyalətinə getdikləri iddia edilib.

SEPAH və ETTELAAT saxlanılanların kimliyi barədə açıqlama verməyib

Related Articles

Bir cavab yazın

Back to top button