Bildirilib ki, edamlar Vəkilabad həbsxanasında həyata keçirilib. Məhkumlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli biliniblər. Onlardan ikisi Məşhədin yerli sakinləri, biri kuçanlı, sonuncu isə Əfqanıstan vətəndaşı olub.
Beynəlxalq Amnistiya Təşkilatının 2023-cü il hesabatında dünyada edam edilən 1053 nəfərdən 853-ünün (75%) İranda öldürüldüyü açıqlanıb.
İran, xüsusilə narkotiklə bağlı işlərdə ölüm hökmündən istifadə etdiyinə görə tez-tez tənqidlərə məruz qalır. İran hakimiyyəti isə ictimai təhlükəsizliyə ciddi təhlükə yaradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərə ehtiyac olduğunu bildirir.