Ötən il Kərəcdə çox sayda insanın spirtli içkidən zəhərlənməsindən sonra hadisə ilə bağlı İranın Məhkəmə Sistemində cinayət işi qaldırılıb.
Bu işlə bağlı 11 nəfər həbs edilib. Onlardan dördü barədə edam hökmü çıxarılıb. 7-si isə cinayətin xüsusiyyətinə görə müxtəlif illərə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olunduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.
Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.