Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

​​İranda 39 milyon insan torpaqların çökməsi riski ilə üz-üzədir

Ölkədəki çökmə zonaları 18.500.000 hektara, yəni 185.000 kvadrat kilometrə bərabərdir. Bu isə İran ərazisinin təxminən 11%-i deməkdir. Bunu İran Yol və Şəhərsalma Araşdırma Mərkəzinin üzvü Əli Beytullahi söyləyib.

O, əlavə edib ki, ölkə əhalisinin təxminən 49%-ni təşkil edən 39 milyona yaxın vətəndaş torpaqların çökməsi riski altında olan ərazilərdə yaşayır.

Cənab Beytullahinin sözlərinə görə, Tehran, Rəzəvi Xorasan və İsfahan vilayətləri torpaqların çökmə riski altında olan ən çox əhaliyə malik bölgələrdir.

Related Articles

Bir cavab yazın

Back to top button